Interposta.Info

Putindən Poroşenkoya cavab:

Dünya
 15-06-2017, 19:41     559

Rusiya Prezidenti Vladimir Putin Pyotr Poroşenkonun AB ilə vizasız rejimə keçid zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Axar.az xəbər verir ki, Putin Poroşenkonu diqqətli olmağa səsləyib.

“Poroşenko Lermantovun “Əlvida, ey kirli Rusiya” şeirini misal çəkdi. Bu deməkdir ki, o, rus klassikasını bilir. Buna görə onu təqdir edirəm. Lakin onlar anlamalıdırlar ki, Lermontov bu şeiri yazanda Ukrayna da Rusiyanın parçası idi. Mən Kiyevə Avropaya inteqrasiya məsələsində uğur arzulayıram”, - deyə o bildirib.

O, Qərbə inteqrasiya məsələsində Ukraynanı diqqətli olmağa çağırıb:

“Poroşenko diqqətini itirməməlidir. Mən ona Ukrayna xalqına görə cavab verməyəcəyəm. Rusiyadan qaçıb, Avropaya yönələnlər əvvəlcə öz ofşor hesablarını bağlasınlar”.

Putin çıxışını ukraynalı şair Taras Şevçenkonun misrası ilə bitirib:

“Ukraynanı öz övladları dirəklərdən daha pis çarmıxa çəkirlər”.

Qeyd edək ki, bundan öncə Poroşenko AB ilə Ukrayna arasında vizasız rejimə keçidlə əlaqədar etdiyi çıxışda “Ey kirli Rusiya, əlvida artıq! Əlvida ağalar, qullar ölkəsi” misralarından istifadə etmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26