Kreml təsdiq etdi: Putin avqustda Fransaya yollanır

Rusiya prezidenti Vladimir Putin avqust ayının ikinci yarısında Fransaya səfər edəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən xəbər veriblər.
Məlumatda deyilir: "V.Putinin göstərilən müddətlərdə Fransaya səfəri işlənilir".
Qeyd edək ki, daha əvvəl Fransa prezidenti Emmanuel Makron avqustun 19-u Vladimir Putinlə görüşəcəyini bildirmişdi.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26