Interposta.Info

Ərdoğan xanım prezidentlə belə zarafatlaşdı -

Dünya
 9-01-2018, 23:23     10 438

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xorvat həmkarı Kolinda Qrabar Kitaroviçlə görüş keçirib.

Axar.az xəbər verir ki, Ankarada Prezident sarayında baş tutan görüşdən sonra mətbuat konfransı maraqlı anlarla yadda qalıb.

Tərəflər Avropa Birliyi (AB) ilə əməkdaşlıq, terrorizmlə mübarizə yollarından danışıblar.

Ərdoğan açıqlaması zamanı “Beşiktaş”ın Xorvatiya milli komandasının oyunçusu Vidanı transfer etməsindən də danışıb və zarafatyana formada həmkarına eyham vurub:

“Hörmətli Kitaroviçə ikitərəfli əlaqələrlə bağlı məlumat verdilər. Biz 2017-ci ilin sonunda Xorvatiyada ciddi idxal həyata keçirmişik. Bilirsiniz ki, “Beşiktaş” Xorvatiya millisinin oyunçusu Vidanı transfer edib. Bu, olduqca önəmlidir. Həmçinin Xorvatiya üçün də böyük önəmi var. Sizin üçün də ciddi ixracdır. Xeyirli olsun”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26