Bu sual Türkiyəni yerindən oynatdı: Boş komandan...

Türkiyədə Bütün Özəl Təhsil Qurumları Dərnəyi tərəfindən keçirilən sınaq imtahanında verilən sual qardaş ölkəni yerindən oynadıb.
Axar.az xəbər verir ki, bu barədə “CNN Türk” informasiya yayıb.
Məlumata görə, Mustafa Kamal Atatürkün TBMM tərəfindən “Baş komandan” olaraq elan edilməsi və Məclisə səlahiyyətlərinin tarixi ilə bağlı təklifi barədə verilən sualda “Boş komandan” ifadəsindən istifadə olunub.
Qalmaqallı ifadənin çap səhvi olduğu iddia edilsə də, valideynlər və tələbələr buna kəskin etiraz ediblər.
Məsələ ilə bağlı Bütün Özəl Təhsil Qurumları Dərnəyindən hər hansı açıqlama verilməyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26