Interposta.Info

ABŞ Türkiyəni belə aldatdı - Rus komandan açıqladı

Dünya
 22-06-2018, 19:04     10 556

Türkiyəyə təhvil verilən F-35 təyyarələri ABŞ tərəfindən idarə edilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Hava Qüvvələrinin raketdən müdafiə batalyonunun keçmiş komandanı Sergey Hatılev deyib.

O bildirib ki, hətta təyyarələrin alınması durumunda belə onların Türkiyə HHQ tərəfindən istifadə edilə bilməməsi gündəmdədir:

“Mümkündür ki, təyyarələrə dəstək sistemi olan ALİS-ə giriş bağlanılsın. Belə olan halda təyyarə tam istifadəsiz hala gələcək. Elektronik sistemi gələcəkdə dəyişdirilə bilər. Hətta lazım gəldikdə amerikalılar təyyarələrin idarəetməsinə də müdaxilə edə bilərlər”.

Qeyd edək ki, dünən rəsmi mərasimlə 2 F-35 təyyarəsi Türkiyəyə təhvil verilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26