Interposta.Info

Pentaqonun mətbuat katibi Türkiyəni hədələyib

Dünya
 9-03-2019, 11:59     10 383

Türkiyə Rusiyadan “C-400” zenit təyyarə sistemini alacağı təqdirdə, rəsmi Vaşinqton və Ankaranın hərbi əlaqələrində ciddi nəticələr olacaq.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Çarlz Sammers jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkiyə Rusiyadan “C-400” təyyarə sistemini alacağı halda, ABŞ-ın “Patriot” təyyarə zenit kompleksini və “F-35” qırıcılarını əldə edə bilməyəcək.

Qeyd edək ki, bundan öncə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Körtis Skaparotti bəyan etmişdi ki, rəsmi Ankara Moskvadan “C-400” əldə etsə, Pentaqon Türkiyəyə “F-35”-in satılmamasını məsləhət görür.

“C-400” uzaq məsafəli zenit təyyarə sistemidir, qanadlı və ballistik təyyarələrin məhv edilməsi üçün nəzərdə tutulub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26