ABŞ-dan qəti qərar: F-35-lər sabah Türkiyəyə verilir
Uzun müddətdən bəri Ankara ilə Vaşinqton arasında mübahisə obyektinə çevrilən F-35 qırıcı təyyarə məsələsi, nəhayət, öz müsbət həllini tapıb. Pentaqon sabah 2 F-35 təyyarəsini Türkiyəyə təhvil verəcək.
Avropa.info xəbər verir ki, iyunun 21-də qırıcı-bombardmançı təyyarələr üçün Texasda təqdimat mərasimi keçiriləcək.
Pentaqon sözçüsü Mayk Andres bildirib ki, F-35 təyyarəsinin istehsalçısı olan “Lockheed Martin” şirkəti iyunun 21-də təyyarələrin Ankaraya təqdim edilməsi ilə bağlı xüsusi təqdimat mərasimi keçirəcək və bundan sonra təyyarələr birinci mərhələ üçün Arizonadakı Luke Hərbi-Hava qüvvələrinin bazasına götürüləcək.
Burada türk pilotlar təcrübə keçəcək. Türkiyəy təhvil verilən təyyarələr 2019-cu ilədək ABŞ-da qalacaq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26