Interposta.Info

İsrail “F-16” qırıcılarını sata bilmir - Pentaqon imkan vermir

Dünya
 7-12-2018, 17:11     376

Donald Trampın rəhbərlik etdiyi ABŞ hökuməti İsrailə öz etirazını bildirib.

Etirazın səbəbi odur ki, İsrail ordusunda istifadə müddəti başa çatmada olan 30 ədəd “F-16” qırıcı təyyarəsi var və rəsmi Təl-Əviv həmin qırıcıları Xorvatiyaya satmaq istəyir. Alış-verişin 500 milyon dollara həyata keçirilməsi nəzərdə tutulub. Üstəlik, İsrail qırıcıları daha cazibədar etmək üçün onlara ən üstün elektronik avadanlıqlar quraşdırıb.

İsrail “F-16” qırıcılarını sata bilmir - Pentaqon imkan vermir

Qeyd olunur ki, “F-16” qırıcıları ABŞ istehsalıdır. Bu səbəbdən də həmin hərbi təyyarələr Amerikanın razılığı olmadan üçüncü ölkəyə satıla bilməz. Baş nazir Benyamin Netanyahu bu məsələni ABŞ-ın dövlət katibi ilə görüşündə də gündəmə gətirib. Maykl Pompeo bildirib ki, Pentaqonun rəhbəri Ceyms Mettis bu sövdələşmənin əleyhinədir. Maraqlıdır ki, Xorvatiya 2009-cu ildən NATO-nun üzvüdür. Və bu hərbi birləşməyə ABŞ rəhbərlik edir. Buna baxmayaraq, Amerika istifadə müddəti başa çatmaqda olan “F-16”-ların Xorvatiyaya satılmasına razılıq vermir. Bu isə ona dəlalət edir ki, NATO daxilində də doğmalar, ögeylər məsələsi var...

Xatırladaq ki, ABŞ senatorları Türkiyəyə yeni "F-35" qırıcı təyyarələrinin verilməsinə də mane olmuşdu.

Yazının orijinalı bu linkdə:
https://www.timesofisrael.com/us-blocking-israeli-sale-of-used-f-16s-to-croatia-report/?fbclid=IwAR3cygDpczp9WwiyviMOnZPEeRzGaSNywdy2EfcJv29c1XrDVEAhsCK0dWA/musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26