Interposta.Info

ABŞ qırıcıları Mosulu bombaladı —

Dünya
 8-01-2017, 09:42     699

ABŞ qırıcıları Mosulu bombaladı —

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqın Mosul şəhərinə hava zərbələri endirib.

Ölkə.Az xəbər verir ki, bu barədə İraq ordusunun bölmə komandiri Musab əl-Ahmedi “Anadolu” agentliyinin əməkdaşına bildirib. Onun sözlərinə görə, hücumlar nəticəsində 27 sadə vətəndaş ölüb.

Bildirilib ki, Amerika qırıcıları İŞİD terrorçularının gizləndiyi deyilən bir evi, 10 avtomobili və bir neçə məntəqəni bombalayıb.

Bombardıman nəticəsində ölənlər arasında qadın və azyaşlı uşaqlar da var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26