Interposta.Info

ABŞ “gözəgörünməzləri” Tu-95-lərə görə qaldırdı

Dünya
 5-05-2017, 07:22     684

Rusiyaya məxsus 2 strateji bombardmançı Тu-95 təyyarəsi 2 ədəd Su-35 qırıcı təyyarəsinin müşayiəti ilə Alyaska bölgəsində ABŞ hava məkanına daxil olub.

Axar.az xəbər verir ki, bu barədə xəbər yayan "Foks Nyus" telekanalı Pentaqon nümayəndələrinin məlumatına əsaslanıblar.

Rusiya hərbi təyyarələri ABŞ vaxtilə 4 may, səhər saat 4 radələrində bölgəyə giriblər. Bundan dərhal sonra Pentaqon F-22 qırıcılarını Çeriot yaşayış məntəqəsinin cənub-qərbinə göndərib.

Qeyd edək ki, Rusiya bombardmançı təyyarələri aprelin sonunda Alyaska yaxınlığında dörd gün ərzində ardıcıl uçuşlar ediblər. Bu uçuşların sayı 2014-ci ildən bəri ilk dəfə bu həddə çatıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26