Interposta.Info

Bu sizin işiniz deyil –

Dünya
 22-04-2017, 21:07     728

Rusiyanın Şimali Koreya sərhədinə hərbi texnika yeritməsindən sonra rus bombardmançı təyyarələri də 4 gecə dalbadal Alyaska sahilləri üzərində uçmağa başladı.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” telekanalı məlumat yayıb.

Şimali Koreya sərhədinə qoşun göndərilməsi Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov tərəfindən də təsdiqlənib.

“Qoşunların ölkə daxilində rotasiyası ictimailəşdirilmə kateqoriyasına aid deyil. Hər ölkə öz təhlükəsizliyi üçün beynəlxalq aləmdə baş verənlərə reaksiya verir”, - Peskov deyib.

“Foks Nyus” Peskovun sözlərini “Bu, sizin işiniz deyil” kimi analiz edib.

“Unutmaq lazım deyil ki, bütün bunlar Suriya hökumətinin öz təyyarələrini Rusiya aviabazasının yaxınlığına yığmasını öyrəndiyimizdən sonra baş verdi. Məmurlar bildiriblər ki, bu addım ABŞ-ın yeni raket hucumundan qorunmaq üçün atılıb”, - kanal bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26