Interposta.Info

Şimali Koreyanın dəhşətli silahı tezliklə hazır olacaq

Dünya
 4-08-2017, 19:49     10 421

Şimali Koreya atom bombasından daha güclü təsirə malik olan hidrogen bombalarının hazırlanması üzərində çalışır.

Bu barədə “Foks Nyus” informasiya yayıb.

Hidrogen bombaları atom bombalarına nisbətən daha ağır olduğuna görə, onlarla ABŞ-ı vurmaq üçün Pxenyana daha müasir raketlər tələb olunacaq. Şimali Koreyanın üzərində çalışdığı dəhşətli silahın tam hazırolma prosesi 6 ay çəkəcək.

Telekanalın məlumatına görə, Şimali Koreya lideri Kim Çen İn hələ ötən il ölkəsinin hidrogen bombasını sınaqdan keçirdiyini bildirsə də, bir çox mütəxəssislər bu informasiyanı təkzib etmişdi./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26