Interposta.Info

Azərbaycan Pakistandan hərbi təyyarələr aldı

Ölkə
 28-07-2017, 07:30     10 507

Pakistann aviasiyasının marşalı Ərşad Malik və Azərbaycan Hərbi Hava Qüvvələrlərinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycan Hərbi Hava Qüvvələrlərinə on ədəd "Super Muşak" təyyarəsinin çatdırılması haqqında razılaşma imzalayıblar.

Virtualaz.org bildirir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin bugünkü press-relizinə istinadən Samaa.TV kanalı xəbər yayıb.

Müqavilə, təyyarələrin çatdırılmasından başqa, həmçinin texniki dəstəyi, pilotların praktiki hazırlığına köməyi də nəzərdə tutur.

"Bu tarixi razılaşma iki qardaş ölkə arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaq", - Pakistan Müdafiə Nazirliyinin press-relizində belə deyilir.

"Super Muşak" — Pakistan Aeronautical Complex-in ayihəsini 1980-ci illərdə əldə etdiyi Saab şirkətinin MFI-17 təyyarəsinin təkmilləşdirilmiş versiyasıdır. 260 at gücünə malik mühərriklə təchiz edilmiş MFI-395 "Super Muşak"ın hazırlanmasına 1995-ci ildə başlanılıb. Təyyarə ilk uçuşunu 1996-cı ilin avqustunda yerinə yetirib. Pakistanın Hərbi Hava Qüvvələrlərinin silahlandırılmasına isə 2001-ci ilin mayında qəbul edilib.

Maşının praktik tavanı 6,705 m (22,000 fut), maksimal surəti 268 km/saat, uçuş məsafəsi 814 kilometrdir.

"Super Muşak" Səudiyyə Ərəbistanı, Oman, İran və Cənubi Afrika Silahlı Qüvvələrinin silahlanma sisteminə də daxildir. 2016-cı ilin başlanğıcında Nigeriya, iyulunda isə Qətər də həmin təyyarələrin partiyasını alıblar. Bundan başqa, Türkiyənin Hərbi Hava Qüvvələrlərinə 52 ədəd "Super Muşak" təyyarəsinin çatdırılması haqda razılaşma imzalanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26