ABŞ generalından orduya əmr: Müharibəyə hazırlaşın!
Norveçdə olan ABŞ dəniz piyadalarının komandanı general Robert Neller regionda böyük müharibənin başlayacağı barədə əsgərlərinə xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, Neller regionda ABŞ-ın hərbi gücünün genişlənəcəyini, əsgərlərin yerdəyişməsinin baş verəcəyini bildirib.
“Ümid edirəm ki, yanılıram, ancaq müharibə yaxınlaşır. Buradakı hərbi varlığımız sayəsində sizlər informasiya və siyasi mübarizəyə qoşulursunuz”, - Neller qeyd edib.
Yaxın vaxtda diqqətlərin Sakit okean və Rusiyaya yönəldiləcəyini deyən Neller bunları vurğulayıb:
“Sadəcə burada olduğunuzu unutmayın. Sizin onları müşahidə etdiyiniz kimi, onlar da sizi müşahidə edir. Burada 300 dəniz piyadası var. Bu sayı bir gecədə 3 minə çıxara bilərik”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26