Interposta.Info

Paşinyan Qarabağda müharibə riski haqda: “Rusiya imkan verməz“

Siyasət
 20-07-2018, 18:50     10 533

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, regionda müharibənin yenidən başlaması təhlükəsi həmişə mövcuddur və buna hazır olmaq lazımdır. Lakin onun fikrincə Rusiya imkan verməz ki, Azərbaycan müharibəyə başlasın

“Hamı başa düşür ki, Rusiya superdövlət kimi regionda müharibənin başlamasına yol verməmək üçün imkanlara malikdir. İnana bilmərəm ki, Ermənistanın dostu və strateji müttəfiqi Rusiya müharibənin başlamasına yol verməmək üçün öz rıçaqlarından istifadə etməsin. Hamı kimi məndə əminəm ki, Rusiya Azərbaycanın müharibəyə başlamasına yol verə bilməz” - Paşinyan deyib./MilliYol.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26