Interposta.Info

Putin erməniləri qovur və

Siyasət
 19-01-2017, 07:35     1 938

Putin erməniləri qovur və

“Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından tamamilə çıxartmağa çalışır.
Çünki Moskva anladı ki, Qarabağla bağlı oyunlar oynamağı dayandırmağın vaxtı çatıb və aşkar hədəfləri vurmaq lazımdır. Bu isə Qarabağda üçüncü müharibənin başlaması deməkdir. Ermənistanın Rusiya ittifaqlarından çıxarılması, yaxud sıxışdırılması da Moskvanın məsuliyyətdən tam azad olunması istəyindən irəli gəlir”,

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan deyib.

Onun sözlərinə görə, Ermənistanın ittifaqlardan çıxarılması və Moskvanın ermənilərə görə məsuliyyət daşımaması ilk növbədə Türkiyə ilə münasibətlərin inkişafına imkanlar yaradır:
“Rusiya Türkiyə ilə yaxınlaşaraq, beynəlxalq arenada birgə hərəkət etmək istəyir. Qarabağda hansısa müharibənin baş verməsi digər tərəfdən ABŞ və NATO-nun Cənubi Qafqaza daxil olmasının qarşısını almağa da imkan verir və ruslar bu imkandan istifadə etməyə bilmirlər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26