Interposta.Info

Rusiya Ermənistanı yeni müharibəyə hazırlayır? - Politoloq

Siyasət / Paradoks
 28-12-2020, 18:23     674

"Rusiya Ermənistanı yeni müharibəyə hazırlayır".

Qaynarinfo xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu bildirib. Politoloqun fikrincə, Qarabağda son günlər baş verənlər "sülhməramlıların" hansısa özbaşınalığı yox, Azərbaycanın suverenliyinə qarşı aparılan sistemli və planlı fəaliyyətin təzahürləridir:

"Bir saat yarım ərzində rus qoşunlarını Azərbaycana gətirənlər ay yarımdır Türkiyə ilə hərbi tərəfdaşlığı qura bilmirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Azərbaycan Sünik (Zəngəzur) bölgəsinə qarşı təcavüzə əl atsa, təkcə Ermənistanın deyil, Rusiyanın da hərbi təpkisi ilə üzləşəcək. Beləliklə, Ermənistan artıq təkcə yeni hərbi qarşıdurmanın ünvanını göstərməklə kifayətlənməyərək Rusiyanın da həmin qarşıdurmada iştirak edəcəyinin anonsunu verir. Bunu da o, heç vaxt Kremlin xeyir-duası olmadan edə bilməz".
Ərəstun Oruclu hesab edir ki, belə şəraitdə Azərbaycanın manevr imkanları məhdudlaşır:
"İndi ata biləcəyimiz 3 mühüm addım var:

1. Azərbaycan ordusunun mövqelərinə hücum edən erməni təxribatçı dəstələrinin əsir görürülmədən məhv edilməsi;

2. Rusiya qoşunlarının Azərbaycan ərazisindən çıxarılması tələblərinin gücləndirilməsi;

3. Azərbaycanla Türkiyə arasında geniş hərbi tərəfdaşlığın sürətləndirilməsinin tələb olunması.

Birincini Azərbaycan ordusu, ikinci və üçüncünü isə Azərbaycan xalqı etməlidir. Hər üç addım da sinxron şəkildə atılmalıdır. Bu məsələdə bizə müharibə dövründə olduğu kimi xalq-ordu birliyi lazımdır. Çünki müharibə hələ də davam edir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26