Interposta.Info

"Sabah müharibə olacaq, amma ordunun xəbəri yoxdur"

Dünya
 18-08-2017, 21:38     10 431

Donald Trampla Kim Çen İnin demək olar ki, hər gün bir-biriləri ilə müharibə ritorikası ilə danışmasına baxmayaraq, ABŞ ordusu hər hansı savaşa hazır kimi görünmür.

Axar.az xəbər verir ki, bu barədə “Defensnyus” məlumat yayıb.

Xəbərdə bildirilib ki, Amerika silahlı qüvvələrində strateji hazırlıqlar hiss edilmir.

ABŞ-ın quru, dəniz və hərbi hava qüvvələrinin gündəlik iş rejimində fəalliyyət göstərməsi hökumətin müharibə ilə bağlı orduya xəbərdarlıq etmədiyi anlamına gəlir.

Nüvə raketləri daşıyan Ronald Reyqan ilə digər gəmilər sülh şəraitindəki kimi sakit davranır.

Bundan əlavə, Sakit okeanda yerləşdirilən hərbi qüvvələrdə də hərəkətlilik nəzərə çarpmır.

Qeyd edək ki, Trampdan əlavə, ABŞ Baş Qərargahının rəhbəri Cozef Danford da Şimali Koreya ilə müharibə ehtimalını istisna etməmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26