Interposta.Info

ABŞ kəşfiyyatı bilir ki, İrana qarşı müharibə başlayarsa... - Xəbərdarlıq

Dünya
 1-06-2019, 19:23     10 369

İranla müharibə başlanacağı halda, Donald Tramp növbəti seçkiləri uduzacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Livanın “Hizbullah” təşkilatının lideri Həsən Həsrullah “Qüds Günü” ilə bağlı keçirilən tədbirdə bildirib.

“Əgər ABŞ İrana qarşı müharibəyə başlayarsa, neftin qiymətləri ağlasığmaz olacaq və Tramp Amerika seçkilərini uduzacaq. Müharibə halında ABŞ-ın bütün gücləri və maraqları zərər çəkəcək”, - o deyib.

Nəsrullahın sözlərinə görə, Amerika kəşfiyyatı bilir ki, İranla müharibə bütün regionu atəş halqasına sürükləyəcək və onun sərhədlərindən kənara çıxacaq.

“İran və Amerika arasında müharibə ilkin şərtlərdən uzaqlaşıb, çünki İran, Venesuela və Koreya Xalq Demokratik Respublikası ilə iqtisadi müharibə Trampın prioritetidir. Bütün göstəricilər onu göstəririr ki, müharibə ilkin şərtlərdən uzaqlaşıb, çünki Tramp bilir ki, müharibə çoxlu maliyyə və insan itkilərinə gətirib çıxaracaq”, - “Hizbullah” lideri əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26