Interposta.Info

ABŞ MKİ-yə məxsus ultramüasir raketlər İŞİD-in əlinə necə düşüb? - “BuzzFeed”

Dünya
 16-12-2017, 10:55     10 415

“ABŞ hökumətinin 2015-ci ilin sonunda əldə etdiyi tank əleyhinə idarə olunan raketlər cəmi iki ay sonra İŞİD terrorçularının əlində olub”.

Belə bir sensasion məlumat ABŞ-ın “BuzzFeed” saytının jurnalisti A. Rostonun yazısında verilib.

“Silah satışına nəzarət üzrə təşkilat sayılan “Conflict Armament Research” (CAR)-ın verdiyi bu informasiya ABŞ-ın silah tədarükü ilə bağlı gizli proqramlarının nizamlanması və nəzarət edilməsi ilə bağlı problemləri gün üzünə çıxarıb”, - məqalədə deyilir.

Məruzədə ABŞ ordusunun raketləri podratçı şirkət vasitəsilə əldə etdiyi deyilsə də, “BuzzFeed” real alıcının Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) olduğunu ortaya çıxarıb.

“Silahların verilməsi Mərkəzi Kəşfiyyat İdarəsinin Suriyada Bəşər Əsəd əleyhinə vuruşan üsyançıların silahla təmin olunması ilə bağlı oduqca məxfi əməliyyatının tərkib hissəsinə daxil imiş. Lakin raketlər nədənsə İraqdakı İŞİD döyüşçülərinin arsenalında görünüb”,- müəllif yazıda qeyd edir.

Məqalədə CAR təşkilatının 3 il ərzində İraq, Suriya və kürd hərbi dəstələri üçün nəzərdə tutulduğu deyilən, lakin İŞİD-ə çatan silahların yol xəritəsini izlədiyi, baş verənlərin təsadüf olmadığını aşkara çıxardığı bildirilir.

Əslində isə terror qruplaşması tank əleyhinə olan silahların böyük qismini ABŞ və Səudiyyə Ərəbistanının üsyançılar üçün göndərdiyi sursatlardan ələ keçirdiyi aşkar olunub.

“BuzzFeed News” ABŞ-ın Suriya, İraq və Əfqanıstandakı əlaltılarını Rusiya və Şərqi Avropada istehsal edilən AK-74 və reaktiv tank əleyhinə bombalarla təchiz etdiyi vurğulayır. CAR-ın məruzəsində ABŞ silahlarının İŞİD-in əlinə keçməsi ilə bağlı bu vaxta qədər 12 belə halın olduğu göstərilib.

Saytın mənblərinə görə, MKİ 2014-cü ildə “Kiesler Police Supply” firmasından “9M 111” tipli 600 raket sifariş edib.

Adı çəkilən firma İndiana ştatında yerləşən olduqca balaca bir şirkət olub, silah satışı ilə əlaqədar MKİ ilə müqavilələr imzalayıb.
İndiana firması həmin raketləri Bolqarıstanın “SAGE Consulting” şirkətindən əldə edib.

“Bolqarıstan ABŞ və digər dövlətlərin özünə yaxın gücləri silahlandırmaq üçün istifadə etdiyi ən böyük silah tədarükçülərindən sayılır”, - sayt qeyd eib.

SAGE firması “BuzzFeed News”-a açıqlama verməkdən imtina edib.

Lakn iki bolqar silah satıcısı “SAGE”-nin VMZ zavodunda 9M111 raketlərini həqiqətən hazırladığını söyləyib.

“Bu silahlar heç bir istisna olmadan məhz ABŞ üçün nəzərdə tutulub....”, - silah satıcılarından biri sayta söyləyib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26