"İŞİD-ə silahı ABŞ verir" -
Suriya ordusunun baş əməliyyat idarəsinin rəisi Əli Əl-Əli yeni açıqlma verib.
"Ölkə.Az" xəbər verir ki, general ABŞ-ı Suriyadakı terrorçuları silahla təmin etməkdə ittiham edib.
Açıqlamada deyilir: "Biz bilirik ki, ABŞ Suriyadakı terrorçulara 5 iyun-15 sentyabr tarixləri arsında 1421 qutu hərbi sursat və silah verib. Bu silahlar guya terrorçular qarşı mübarizə üçün nəzərdə tutulmuşdu. Amma nəticədə bu silah-sursat İŞİD terrorçularının əlinə keçib. Eyni zamanda Nusra Cəbhəsi qruplaşması da bu silahdan istifadə edir".
Onun sözlərinə əsasən, terrorçuların əlinə keçən silahın böyük hissəsini Amerika müdafiə şirkətləri- "Chemring" və "Orbital ATK" alır. Bu isə Pentaqonun ABŞ-ın müttəfiqlərinə yardım dövlət proqramı çərçivəsində baş tutur.
Silahlar Yaxın Şərqə dəniz yolu ilə çatdırılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26