Interposta.Info

İŞİD İngiltərəni kimyəvi silahla vuracaq –

Dünya
 1-01-2017, 20:28     732

İŞİD İngiltərəni kimyəvi silahla vuracaq –


İngiltərənin Daxili İşlər naziri Ben Uolles İŞİD-in ölkədə geniş miqyaslı hücuma hazırlaşdığını açıqlayıb.

Axar.az xəbər verir ki, “Sandi Tayms”a açıqlama verən nazir kütləvi ölümə səbəb olacaq hücumda kimyəvi silahdan istifadə ediləcəyi barədə xəbərdarlıq edib:

“İŞİD terrorçuları İraq və Suriyada geniş torpaqlara nəzarət edirlər. 2015-ci ilin fevralında Mərakeşdə kimyəvi silahlar və “ölümcül zəhər” aşkar edildi.

Mütəxəssislər onların kütləvi ölümlərə yol açacaq hücumlar planlaşdırdığı qənaətindədir. Bunun qarşısını almaq üçün lazımi təhlükəsizlik tədbirləri də görülməyib. Onların insanlara qarşı kimyəvi silah istifadə etmək barəsində bir narahatlıqları yoxdur. Bacarsalar, bunu İngiltərədə də edəcəklər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26