Interposta.Info

Trampın fəsadı: Fələstinlə İsrail arasında toqquşma başladı

Dünya
 7-12-2017, 17:30     10 485

İordan çayının qərb sahilində yerləşən Xevron şəhərinin mərkəzində fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma başlayıb.

Bu barədə informasiyanı “Skay Nyus Arabia” yayıb. Televiziya bunun ABŞ Prezidenti Donald Trampın Qüds bəyanatından sonra ilk toqquşma olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Fələstinin paytaxtı Rəmallah şəhərində etiraz aksiyaları keçirilib. Aksiya zamanı ABŞ bayrağı yandırılıb./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26