Interposta.Info

ABŞ-ın yeni planı ortaya çıxdı - Mahmud Abbas devrilir

Dünya
 29-12-2017, 11:49     10 414

ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbası başqası ilə əvəz etmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 10” televiziyası informasiya yayıb.

Trampın qərarına səbəb kimi son dövrdə gərginləşən Vaşinqton-Ramallah münasibətləri göstərilib. Ağ Evin Fələstinin başında öz məqsədlərinə uyğun birinin dayanması istəyi Qüds qərarından sonra Mahmud Abbasın sərt mövqe nümayiş etdirməsindən irəli gəlib.

Donald Trampın Fələstinin yeni lideri qismində "Fəth" təşkilatının rəhbəri Məhəmməd Dahlanı və ya Fələstinin keçmiş lideri Salam Fəyyazı görmək istədiyi bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü Fələstinin paytaxtı kimi tanıması Fələstinin İsraillə sülh prosesində Ağ Evi artıq vasitəçi qismində qəbul etmədiyini açıqlamasına səbəb olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26