Çin XİN başçısı:
“Çin 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan Fələstinin müstəqiliyini və suverenliyini dəstəkləyir”.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vang Yi Fələstin dövlətinin başçısı Mahmud Abbasın xüsusi nümayəndələri Əhməd Majdalani və Nabil Şaasla Pekində keçirdiyi görüşdə bildirib.
Çinin XİN başçısı BMT Baş Assambleyasında ABŞ-ın hədələrinə baxmayaraq, qəbul edilən Qüdsün İsrailin paytaxtı kimi tanınmaması barədə qətnamədən də danışıb. O bildirib ki, bu qətnamə Yaxın Şərqdə sülh prosesinin sürətləndirilməsi üçün bir çağırış mənasını da daşıyır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26