Interposta.Info

Məhkəmə zalında zəhər içən xorvatiyalı cinayətkar general öldü - FOTO

Dünya
 29-11-2017, 19:42     10 384

Keçmiş xorvatiyalı general Slobodan Pralyak məhkəmə zamanı zəhər içərək, intihar edib.
Musavat.com xəbər verir ki, hadisə Niderlandın Haaqa şəhərində keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın iclasında baş verib. Hökmü oxuyan hakim, general Pralyaka 20 illik həbs cəzası verildiyini bildirib.

Cinayətkar general zəhəri içdikdən sonra bunları deyib: “Yanlızca zəhər içmişəm. Mənim heç bir günahım yoxdur. Bu hökmə qarşı çıxıram”.

Hadisənin ardından məhkəmə zalına dərhal həkim çağırılıb.
Məhkəmə zalında zəhər içən xorvatiyalı cinayətkar general öldü - FOTO


Generalın vəkili günorta saatlarında onun vəziyyətinin yaxşı olduğunu bildirmişdi.

Ancaq son məlumata görə isə, sabiq general ölüb. Həkimlərin verdiyi açıqlamaya görə, sabiq generalın içdiyi zəhərin təsiri olduqca güclü olub.

Qeyd edək ki, "Prliç və digərləri" adı verilən məhkəmə prosesində keçmiş yüksək rütbəli hərbçilər olan Yadranko Prliçə 25 il, Slobodan Pralyak və Milivoy Petkoviçə 20 il, Valentin Çoriçə 16 il, Berislav Puşiçə isə 10 il müddətinə həbs cəzası verilmişdi.

Pralyak Bosniya savaşında işgəncə və qadınlara təcavüz etməsi ilə də “məşhurlaşmışdı”.

Xatırladaq ki, S.Pralyak və Y.Prliç 1991-ci ildə keşmiş Yuqoslaviyanın dağılmasından sonra yaradılan tanınmamış “Hertseq-Bosna Xorvat Respublikası”nın liderləri olublar. Onlar bosniyalı müsəlmanlara qarşı hərbi cinayətlərdə təqsirli biliniblər.

interposta.info
Məhkəmə zalında zəhər içən xorvatiyalı cinayətkar general öldü - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26