Interposta.Info

General Elçin Quliyevə hökm oxunur

Müxtəlif
 30-11-2017, 11:49     10 353

Daha bir MTN dəstəsinin məhkəməsi yekunlaşır. Generala hökm oxunur.

Musavat.com xəbər verir ki, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam edir.

Bakı Hərbi Məhkəməsində keçirilən proses hakim Elbəyi Allahverdiyev sədrlik edir.

Prosesdə hökm oxunur.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı E.Quliyevin 15, A.Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini, hər iki şəxsin hərbi rütbəsinin alınmasını, əmlaklarının müsadirə edilməsini istəmişdi.

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev Eldar Mahmudov vəzifədən qovulandan sonra tutduğu vəzifədən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin edilmişdi.

Ancaq MTN ləğv edildikdən sonra o da həbs edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26