Interposta.Info

“Eldar Mahmudov onun evinə tapança qoydurub, həbs etdirdi”

Gündəm
 24-11-2017, 15:00     8 768

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

interposta.info lent.az-a istinadən xəbər verir ki, prosesdə Elçin Quliyev zərərçəkmişlərin çıxışına münasibət bildirib. O, möhkəm səslə qeyd edib ki, bu işdə heç bir günahı yoxdur: "Mən özümü təqsirkar bilmirəm. Çünki mənim heç bir günahım yoxdur. Cinayət törətməmişəm".

Zərərçəkmiş Mətləb Mustafayevin həbs edilməsinə münasibət bildirən general deyib ki, bunun sifarişini məhz nazir özü edib: "Eldar Mahmudov prokurorluqla razılaşdıraraq, Mətləbin evinə tapança qoydurub, həbs etdirib".

Zərərçəkmiş Mətləb Mustafayev də bildirib ki, Elçin Quliyev ötən prosesdə çıxış edərək Eldar Mahmudovun onunla görüşmək istədiyini deyib: "Çıxışında açıqca dedi ki, Eldar Mahmudov vəzifədən azad olundan sonra onunla məxfi yollarla görüşmək istəyib, lakin Elçin razılaşmayıb. Bundan başqa, Elçin Quliyev həbsxanada intihar edən İlqar Əliyevdən danışdı. Elçin çıxışında İlqarın ona zəng edərək, vəkil istədiyini dedi".

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Elçin Quliyevin vəkili müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını və mülklərindən həbsin götürülməsini tələb edib.

Polkovnik Azər Mehdiyevin vəkili də çıxış edərək bəraət istəyib.

Məhkəmə general Elçin Quliyevə və polkovnik Azər Mehdiyevə son sözlə çıxış etmək üçün 3 gün vaxt verib.

Proses noyarbın 27-də davam edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26