Interposta.Info

“Mənim nə ölkəmdən, nə də bayraqdan ötrü ölmək fikrim yoxdur”

Dünya
 30-10-2017, 08:38     5 763

Kataloniya müstəqillik uğrunda döyüşə hazırdırmı?-Avropalı ekspertlərin fikrincə, xeyr

İspaniyanın əbədi qiyamçı əyaləti Kataloniya ayrıldığını bəyan etsə də, nə rəsmi Madridin onu buraxmaq, nə də Avropa Birliyinin yeni dövləti tanımaq və üzv olaraq qəbul etmək fikri yoxdur.

“Bloomberg” xəbər agentliyinin jurnalisti Leonid Berşidskinin fikrincə, Kataloniya parlamentinin son qərarı həqiqi müstəqillikdən daha çox simvolik jestə bənzəyir. Lakin situasiya İspaniya üçün təhlükəli hal alıb və hər şey baş nazir Mariano Rahoyun öz təcrübə və bacarığından necə istifadə edəcəyindən asılıdır.

Berşidski gəlinən situasiyada katalon lideri Karles Puçdemonun sol radikalçıların çaldığı ilə oynamasının böyük təsiri olduğunu düşünür.
“Mənim nə ölkəmdən, nə də bayraqdan ötrü ölmək fikrim yoxdur”


Müəllif gəlinən vəziyyəti ironik şəkildə təsvir edib:

“Belə ki, əslində oktyabrın 26-da Puçdemon yerli parlamentin buraxılaraq İspaniya konstitusiyasına müvafiq surətdə seçkiləri elan etməli imiş. Buna ən çox Kataloniyanın müstəqillik tərəfdarı sayılan solçu radikallar qarşı çıxmışdı. Hətta radikal sol partiyanın lideri Antonio Banos tvitterdə onun rəsmini başıaşağı şəkildə təsvir edərək, xainliklə suçlamışdı. Bundan başqa parlamentin qarşısında radikal əhval-ruhiyyəli minlərlə insan toplanmağa başlamışdı. Nəticədə Puçdemon seçkilərlə bağlı nitqini təxirə salmalı oldu. Banos isə onun rəsmini artıq uzanan vəziyyətdə göstərdi. Kataloniya parlamentində müstəqillik haqında qərar qəbul olunduqdan sonra solçu lider Puçdemonu əvvəlki, düzgün təsvirinə geri qaytarıb”, məqalədə qeyd olunur.
“Mənim nə ölkəmdən, nə də bayraqdan ötrü ölmək fikrim yoxdur”


Lakin Kataloniyada ən qızğın müstəqillik tərəfdarları belə işin qanlı toqquşmalara gətirib çıxaracağına inanmırlar.

“Mənim nə ölkəmdən, nə də bayraqdan ötrü ölmək fikrim yoxdur”, Kataloniya hökumətində əvvəllər mədəniyyət layihələrinə cavabdeh olan, hazırda “Minoria Absoluta” tv kanalının strateqi olan Jordi Sellas müəllifə bildirib. Jordi Sellas katalonları alverçi milləti adlandırıb və onların Madridlə qanlı savaşa girməyəcəklərini söyləyib. “İnsanlar bu işdən ötrü həyatlarını verməz, bu məsələ heç bir canın qurban edilməsinə dəymir”.

Kataloniyada separatçı partiyalardan birinə rəhbərlik edən hüquqşünas Alfonso Lopes Tena da Puçdemon hökumətinin addımını ucuz saxtakarlıq adlandırıb.

“Katalonlar müstəqillik istəmirlər, onlar sadəcə bunu arzu edirlər”, Lopes məqalə müəllifinə söyləyib.

Berşidsikinin fikrincə, müstəqillik elanı katalon xalqının hələ İspaniya ilə tam ayrılmaq istədikləri anlamında gələ bilməz. Bundan başqa suverenlik üçün ən böyük atributlardan biri də onun beynəlxalq aləmdə tanınmasıdır. Hələ ki İspaniyanın parçalanmasını dəstəkləyən hər hansı bir dövlət yoxdur. Belə olan halda Barselona kimi iqtisadi varlı bölgədə yaşayanlardan heç kim tanınmayan və qeyri-müəyyən statusa malik bir dövlətdə yaşamaq istəməz.

Berşidski İspaniya baş nazirinə oktyabrın 1-də buraxdığı səhvləri təkrar etməməyi məsləhət görür. Onun fikrincə İspaniya vəziyyəti düzəltməkdən ötrü bütün seçimləri, o cümlədən ölkənin federal dövlətə çevrilməsi variantlarını belə gözdən keçirməlidir.
“Mənim nə ölkəmdən, nə də bayraqdan ötrü ölmək fikrim yoxdur”


Böyük Britaniyanın “The Guardian” qəzetinin yazarı Saymon Cenniks isə Kataloniya probleminin artıq bütün Avropanın bəlası olduğunu düşünür.

O, İspaniyanın bu məsələdə son dərəcədə haqlı olduğunu qeyd etməklə yanaşı, Avropa Birliyində dövlətlər arasında inteqrasiyanın və həmrəyliyin möhkəmlənmək əvəzinə parçalanma dövrünə qədəm qoyduğunu bildirir. Müəllif üzv dövlətlərin öz daxillərindəki muxtar qurumların mərkəzdən qaçma meylinin gücləndiyinə diqqət çəkib:

“Təkcə katalonlar deyil, şotlandlar, flamandlar, venesiyalılar, sileziyalılar, korsikalılar belə sərt və ya yumşaq dillə daha çox muxtarlıq tələb edirlər. Buna görə də Madrid sadəcə öz daxili normalarına və qaydalarına əsaslanaraq bu böhranı həll edə bilməz. Kataloniya məsələsi Avropanı İspaniyadakından az titrətmir”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26