Interposta.Info

Kataloniya rəhbəri Karles Puçdemon Belçikaya qaçıb

Dünya
 30-10-2017, 17:58     9 053

İspaniya hökumətinin vəzifədən uzaqlaşdırdığı Kataloniya Muxtar Əyalətinin keçmiş başçısı Karles Puçdemon ölkədən qaçıb.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, o, Belçikaya sığınıb.

K.Puçdemonla yanaşı Kataloniyada "referendum" keçirilməsində və müstəqilliyinin elan olunmasında fəal iştirak edən muxtariyyət rəsmiləri də İspaniyadan qaçıb və hazırda Brüssel şəhərindədirlər.

Belçika hökumətinin təmsilçisi Kataloniya muxtariyyəti liderlərinin sığınma haqqında müraciətlərinin təmin ediləcəyini bildirib.

İspaniyanın baş prokuroru Joze Manuel Maza Kataloniya liderlərinin krallıqdan ayrılması istiqamətində fəaliyyətilərinə görə Cinayət Məcəlləsinin qiyama təhrik etmə maddəsi ilə cinayət işi açıb. Bas prokuror bildirib ki, onlar ictimaiyyətin inamından sui-istifadə də ittiham olunurlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26