Interposta.Info

Hərbi konvoylar yola çıxdı – İspaniya Kataloniyaya ordu yeridir

Dünya
 5-10-2017, 19:16     9 739

İspaniya hökuməti bir neçə gün əvvəl müstəqillik referendumu keçirmiş Kataloniyaya ordu göndərməyə başlayıb

Avropa.info xəbər verir ki, Kataloniya əyalətində katalonlar və ispanlar arasında tam sürətlə qarşıdurma davam edir. Referendumdan sonra Barselona küçələrində keçirilən mitinqlər polis tərəfindən dağıdılmağa cəhd edilir. İspaniya kralı Filip referendumu tanımadığını açıqlayıb. Kataloniya prezident Puçdemon isə referendumun nəticəsi kimi müstəqillik elan edəcəyini deyib, ancaq konkret tarix açıqlamayıb.

Regiondan gərginlik davam edərkən, Kataloniya sərhədində yerləşən La Panadella rayonundan bura hərbi qüvvələr göndərilib. İspaniya Müdafiə Nazirliyi göndərilən konvoyların iki olduğunu bildirib. Konvoya silah-sursat daşıyan 20 ədəd yük maşını var.

Katalonlar sosial şəbəkədə ispan hökumətinin bu addımına etiraz edərək, hərbi müdaxilənin işğal cəhdi olduğunu qeyd ediblər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26