Interposta.Info

Kataloniya böhranı: 8 keçmiş hökümət üzvü həbs edilib

Dünya
 3-11-2017, 11:13     9 873

Minlərlə Kataloniya sakini 8 yerli hökumət üzvünün həbsinə etiraz etmək üçün küçələrə çıxıb.

İspaniya Ali Məhkəməsi keçmiş hökumət üzvlərini "üsyan" və "qiyama çağırış", "büdcə vəsaitlərinin düzgün istifadə edilməməsində" günahlandırıb. Onlar məhkəmə zalındaca həbs olunublar.

Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.

Madrid hökuməti Kataloniya lideri Carles Puçdemonun da həbs edilməsini istəyir, o isə hazırda Belçikadadır.

Bundan başqa, daha dörd keçmiş hökumət üzvü də məhkəməyə çağrılmışdı, ancaq onlar bu tələbə əhəmiyyət verməyiblər.

Kataloniya parlamenti müstəqillik lehinə səs verdikdən sonra İspaniya hökuməti bu regiounun muxtariyyətini ləğv edib, yerli hökumət üzvləri işdən çıxarılıb.

Madriddəki mərkəzi hökumət dekabr ayında Kataloniya parlamentinə yeni seçkilər keçirilməsinə qərar verib.

Oktyabrın əvvəlində Kataloniya müstəqilliyini elan etmişdi. Kataloniya hökuməti bildirmişdi ki, müstəqlliklə bağlı keçirilən referendumda potensial seçicilərin 43 faizi iştirak etmiş, 90 faizi müstəqilliyə səs vermişdi.

"Siyasi məhbuslara azadlıq"

Noyabrın 2-də minlərlə sakin Barseloniyada parlamentin binası qarşısına yığışıb. Onların çoxu "Siyasi məhbuslara azadlıq" şüarı yazılmış plakat qaldırıblar.

Oxşar aksiyalar Kataloniyanın digər şəhərlərində də keçirilib.

Məhkəmədə hakimin qarşısına 9 keçmiş hökumət üzvü çıxıb. Hakim onlardan səkkizi barəsində həbs qərarı verib, yalnız keçmiş maliyyə naziri Santi Vila girov qarşılığında sərbəst qalıb. O, ötən 5-ci gün parlament müstəqillik qərarı verməzdən qabaq oranı tərk edib.

Prokurorlar keçmiş Kataloniya lideri cənab Carles Puigdemont-un da həbs olunması barədə məhkəmənin qərar verməsini istəyiblər.
Carles Puşdemon həbsi "demokratiyanın baza prinsiplərinin pozulması" kimi qiymətləndirib

Katalan TV-də o, Belçikadan göndərdiyi bəyanatda nazirlərin və vitse-prezidentin azad edilməsini tələb edib.

Carles Puçdemot noyabrın 3-də Brüsseldə bir kafedə görünüb. O deyib ki, İspaniyaya qayıtmayacaq, çünki onun ədalətli məhkəmə mühakiməsinə zəmanəti yoxdur (BBC).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26