Interposta.Info

Qərb şokda: Moskvanın gizli silahı 20 ABŞ gəmisini...

Dünya
 23-08-2017, 16:10     9 850

Novorossiysk sahillərində 20-dən çox ABŞ gəmisinin müəmmalı şəkildə radarlardan itməsi və sirli şəkildə quruda “görünməsindən” sonra Qərb mətbuatında bunun Rusiyanın çox gizli saxladığı bir kiber silahla bağlı olduğu və həmin silahın şər məqsədlərlə istifadə olunacağı iddia edilib.

Axar.az xəbər verir ki, Qərb dünyası Rusiyanın ABŞ gəmilərinə qarşı ən müasir gizli kiber silahdan istifadə etdiyini bildirib.

ABŞ və Böyük Britaniya mətbuatında yayılan xəbərlərə görə, iyun ayında Qara dənizdə qorxulu hadisə yaşanıb. Bu zaman ABŞ gəmilərinin bir çoxunun peyk-naviqasiya sistemlərinin gəmilərin mövqeyi ilə bağlı tamamilə səhv məlumatlar göstərdiyi aşkar edilib. Belə ki, Rusiya sahillərinə yaxın ABŞ Donanmasına məxsus gəmilərdən birinin GPS göstəriciləri ilə real mövqeyi arasında 32 km fərq olduğu görünüb. Oxşar qəribəliklər Rusiya sahillərinin yaxınlığında yerləşən başqa 20 gəminin də heyətini təəccübləndirib.

ABŞ Ticarət Donanması rəhbərliyi tərəfindən faktla bağlı yayılan bəyanatda əvvəlcə həmin hadisə GPS sistemlərinin fəaliyyətinin pozulması ilə əlaqələndirilsə də, sonradan Rusiya tərəfindən ultramüasir silah tərəfindən hücum edilməsi və bunun kiber müharibənin başlanğıcı ola biləcəyi bildirilib.

interposta.infoQərb şokda: Moskvanın gizli silahı 20 ABŞ gəmisini...

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26