Interposta.Info

Təkrarlansa, məhv edəcəyik - Rusiyadan təhdid 

Dünya
 25-06-2021, 11:30     412

Rusiya Britaniyanı təhdid edib.

Rusiya adından təhdidi Moskvanın Vyanadakı hərbi təhlükəsizlik və silahlanmaya nəzarət üzrə danışıqlarda nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov səsləndirib.

O, Qara dənizdə bir müddət öncə baş verən insidentin təkrarlanacağı halda Britaniya gəmisini vuracaqlarına eyham vurub. Qavrilov çıxışı zamanı, həmçinin ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin də sözlərini xatırladıb:

“Rusiya qonaqpərvər, xeyirxahdır, amma məğlubedilməzdir və tarix bunu 1000 ildən çoxdur təsdiqləyir”.

Qeyd edək ki, bundan öncə Rusiya Britaniya gəmisinin Qara dənizdə ərazi sularını pozduğunu iddia edərək, onun hərəkət istiqamətində atəş açıb./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26