Interposta.Info

Başları da bağlı, əl-qolları da...

Dünya
 20-07-2017, 07:28     589

Ərəb qadınların öz ölkələrində qarşılaşdıqları dəhşətli diskriminasiya

Bu günlərdə azərbaycanlılar üçün ən aktual mövzu ərəblərdir. Bəli, biz şəhərə gəzintiyə çıxırıq – sağımız-solumuz ərəblər olur. Çimərliyə gedirik, yenə onlar. Hərdən bizə elə gəlir ki, biz onların şəhərində qonağıq. Bu arada ən çox diqqətimizi çəkən nüans isə bir ərəb kişinin yanındakı bir neçə qadındır. Bəli, onlar çarşabda, üzləri tam bağlı şəkildə olur. Adama elə gəlir ki, onların elementar hüquqları belə yoxdur, əksinə, quldarlıq dövrünün sıradan elementəridir. Əslində isə...

“National Geographic Türkiyə” jurnalı xaricdə oxuyub ölkələrinə qayıdan ərəb qadınların ölkələrini necə dəyişdirməsinin fotolarını çəkib. Məlum olub ki, mühafizəkarlığın çox dərinlərə nüfuz etdiyi bir mədəniyyətin qadınları ictimai həyatdakı sərhədləri yenidən müəyyənləşdirir. Ərəb qadınlar yadların yanında dəbdəbədən, göstərişdən uzaq dayansa da, Instagram kimi sosial şəbəkə vasitələrini istifadə etməkdən çəkinmir.

Amma bununla belə, Səudiyyə Ərəbistanında bəzi peşələr var ki, qadınlar istəsələr də, onunla məşğul ola bilməzlər. Ölkədə buna qeyri-rəsmi qadağa qoyulub. Son on ildə hökumətin ayırdığı təqaüdlərlə xaricdə oxumağa gedən on minlərlə səudiyyəli qadın indilərdə ölkələrinə qayıdır. Çoxu da dəyişikliyi sürətləndirmək üçün can atırlar.

Amma binaların planı da daxil olmaqla gündəlik həyatın hər sahəsi səudiyyəli qadınların kişilərdən ayrı olmasını şərt qoyur. Kral Abdullahın 2011-ci ildə qadınlara da idarəetmədə vəzifə verəcəyini açılqması ölkədə ciddi qalmaqala səbəb olmuşdu. Həmin vaxt mühafizəkarların üsyanı ilə qadın haqları müdafiəçilərinin sevinci bir-birinə qarışmışdı. Məsələn, bu qadınlar ədəb-ərkana uyğun bir şəkildə necə fəaliyyət göstərəcəkdilər? Həmkarları ilə video vasitəsilə əlaqə quracaqları başqa bir sahələri olmalı idi? Fakültələr də daxil, Səudiyyə Ərəbistandakı heç bir məktəbdə qarışıq təhsil yoxdur və bəzi universitetlər qarşı cinsdən olan müəllimlərin dərs keçməsi üçün video dərs üsulundan istifadə edirlər.

Hazırda isə yeni siyasət ərəb qadınların mağazalarda satıcı olaraq işə götürülməsinə imkan verir. Amma maraqlı bir üsulla. Riyaddakı bir alışveriş mərkəzində yerləşən mağazanın “Ailələrə məxsus” tablosu asılan hissəsinə ancaq ailəli kişilər daxil ola bilir. Bundan başqa, hansı məhsulları qadınlar sata bilər, bunu müəyyənləşdirən ayrıca qaydalar da var. Məsələn, kişilərə özəl kremlərin, üzqırxma məhsullarının satıldığı şöbədə qadın satıcılar çalışmır.

Səudiyyə Ərəbistanda həm qadınlara, həm də kişilərə xidmət verən bütün restoranlar iki hissəyə ayrılıb. “Subaylar” bölümü sadəcə kişilərə, “ailə” bölümü isə qadınlar, uşaqlar və yanlarındakı yaxın qohum olan kişilərə xidmət göstərir. Qan və ya evlilik bağı olmadığı halda özünü belə aparan cütlüklər din polisi tərəfindən zorla restorandan çıxarılır. Çünki qanunlar və cəmiyyət qaydaları onların birgə oturmalarını qadağan edir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26