Interposta.Info

Misirdə yeni “Ərəb baharı” ola bilər – Ərəb ziyalıları həyəcan təbili çalır

Dünya
 25-02-2019, 17:59     10 518

Ərəb ölkələrini getdikcə pisləşənə vəziyyətdən xilas edəcək yeni “Ərəb baharı” baş verə bilər.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə misirli intellektuallar və jurnalistlər çıxış edib. Xüsusilə, Sudan və Əlcəzairdə baş verənlərdən rəğbətlə danışan və “Ərəb baharı”nın ilk dalğasına şahid olan ölkələr ölkələrdə yeni inqilabların baş verməsinə səbəb olacağını qeyd edən Misir ziyalıları etiraz aksiyalarını qadağan edən və böhranın varlığını inkar edən Misir kimi ərəb ölkələrində həyəcan təbilinin çalındığını bildiriblər.

““Ərəb baharı” inqilablarının ikinci dalğası çoxdan başlayıb. Ancaq bu dəfə Sudandan gəldi. Əlcəzair hərəkət etməyə hazırlaşır. Digər ərəb ölkələrinin də bunu izləməsi mümkündür. Ərəb xalqlarının tiranlığa və sosial ədalətsizliyə təslim olmadığı və olmayacağı açıqdır” – politoloq doktor Həsən Nafa belə yazıb.

Müxalif yazar və Misiri Milli Cəbhəsində “Müsəlman qardaşları”nın nümayəndəsi Qütb Əl-Ərəbi “Facebook” səhifəsində ““Ərəb baharı”nın ruhu hələ alovlanır və bu səfər daha yayğın olacaq” yazıb.

Şair Əbdül Rəhman Yusif isə tvitterdə “Əlcəzair xalqı qalxır. “Ərəb baharı” xalqlarını nə qədər qorxutmağa çalışırsanız çalışın millət qurtulacaq. Nə qədər məğlub olduğumuzu düşünürsənsə, zəfər qazanacağız. Nə qədər özünez, inqilabın gənclərindən bəziləri özlərini çarəsiz hiss etsəniz, hər zaman yeni ümid olacaq”, yazıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26