Interposta.Info

Ukraynaya irimiqyaslı hücum –

Dünya
 28-06-2017, 00:05     761

Ukraynanın Nazirlər Kabineti, Kiyev şəhər administrasiyası, onlarla dövlət orqanı, özəl banklar və şirkətlərə məxsus kompüterlər irimiqyaslı kiberhücuma məruz qalıb.

Kiberhücum bəzi hallarda hətta kompüter şəbəkələrinin fəaliyyətinin tam dayanmasına səbəb olub.

Hazırda kompüter şəbəkəsinin fəaliyyətinin bərpası üzərində işlər aparılır. Kiberhücum nəticəsində “Lüks” teleradio kompaniyasının fəaliyyətində də problem yaranıb. Telekanalın baş direktoru Roman Andreyko kompüterlərin fəaliyyətinin pozulduğunu və yayıma kompakt-disklərlə davam etməyə məcbur olduqlarını bildirib.Axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26