Interposta.Info

Dünya banklarına böyük kiberhücum hazırlanır - Ciddi təhlükə

Dünya
 2-10-2017, 07:33     10 356

Şimali Koreya hakerləri banklara hücum edəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Britaniyanın Hökumət Əlaqələri Mərkəzinin (GCHQ) keçmiş rəhbəri Robert Hanniqan söyləyib.

“Sanksiyaların təsiri gücləndikcə Şimali Koreya daha çox xarici valyutaya ehtiyac duyur. Onlar aqressivləşib, maliyyə sektoruna hücumları artıracaqlar. Onlar bizim pullarımızı ov etməyə çalışacaqlar. Pxenyan kiberhücum metodlarını təkmilləşdirir. Onlar İran, Çin və Cənub Şərqi Asiyanın cinayətkar dəstələri ilə əməkdaşlıq edirlər. Əgər onlar hücum etsələr, biz effektli cavab verə bilməyəcəyik. Ona görə ki, onların milli şəbəkəsinin dünya şəbəkəsinə bağlılığı azdır”, – deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26