Interposta.Info

Putin kabinetini mediaya göstərdi və üzr istədi -

Dünya
 14-06-2017, 14:57     719

Amerikanın “Şou Taym” televiziyası rejissor Oliver Stounun Rusiya Prezidenti Vladimir Putindən aldığı müsahibənin növbəti hissəsinin görüntülərindən parçalar yayımlayıb.

Axar.az xəbər verir ki, ictimaiyyətə təqdim edilən yeni görüntülərdə Putinin Stouna öz iş yerini təqdim etməsi əks olunur. Stounu öz kabinetinə aparan Putin yeni kabinetinin sovet dövrü ilə müqayisədə daha kiçik olduğunu bildirir.

Kabinetində Putin həmçinin atasının portretini göstərir və onun Krımda, Sevastopolda xidmət etdiyini deyir. Prezident həmçinin kabinetindəki səliqəsizliyə görə də üzr istəyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26