Interposta.Info

Putin ABŞ rejissorunu belə aldatdı -

Dünya
 21-06-2017, 07:34     509

Rusiya Prezidenti Vladimir Putinin amerikalı rejissor Oliver Stounu aldatdığını əks etdirən görüntülər ortaya çıxıb.

Axar.az xəbər verir ki, Putin Stouna müsahibəsində ona öz smartfonunda Rusiya aviasiyasının Suriyadakı fəaliyyətini əks etdirən görüntüləri göstərir. Putin bu kadrları göstərərkən onların əlində təkcə avtomat yox, daha ciddi silahların olduğunu və bu terrorçuların Türkiyə ərazisinə girmə cəhdinin olduğunu bildirir.

Kadrları incələyən “Meduza” saytı Putinin Stouna doğru kadrlar göstərmədiyini vurğulayıb. Sayt prezidentin amerikalı rejissora Amerikanın “Apaçi” vertolyotlarının Əfqanıstanda Talibana endirdiyi zərbələri əks etdirən videonu nümayiş etdirdiyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26