Interposta.Info

Putin sui-qəsdlərdən danışdı:

Dünya
 2-06-2017, 10:42     770

Mən öz təhlükəsizlik xidmətimə inanıram.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin rejissor Oliver Stouna müsahibəsində deyib. CBS teleşirkətinin saytında yayımlanan müsahibədə Putin qeyd edib ki, o öz işi ilə məşğuldur, təhlükəsizlik xidmətinin əməkdaşları isə öz işləri ilə və indiyə qədər hər şey qaydasında olub.

Stoun Putinə qarşı 5 sui-qəsdin olduğunu xatırladıb. “Əlbəttə, bu, Fidel Kastroya qarşı sui-qəsdlər qədər deyil – o, belə vəziyyətlə 50 dəfə rastlaşmışdı”, - rejissor bildirib.

Putin deyib ki, sui-qəsdlərlə bağlı Kastro ilə müzakirəsi olub:

“Kastro mənə dedi ki, bilirsən indiyə qədər niyə sağam? Mən soruşdum, nəyə görə? O dedi: “Ona görə ki, mən öz təhlükəsizliyimlə həmişə şəxsən məşğul olmuşam”.

Daha sonra Putin Stounun sualına cavab olaraq öz təhlükəsizlik xidmətinə güvəndiyini vurğulayıb.

Qeyd edək ki, müsahibə sənədli film kimi 12-15 iyun tarixlərində ABŞ-ın kabel televiziyası olan “Şoutaym” (Showtime) kanalında nümayiş olunacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26