Interposta.Info

Putin sınaqdan keçməyən silahları niyə tələsik göstərdi?

Siyasət
 4-03-2018, 10:57     10 468

Putin ölkəsinin yeni analoqsuz silahlarını təqdim etməklə, Rusiyanı nələrəsə məcbur etmək istəklərinin mümkünsüz olduğunu və azı nüvə raketinə görə Rusiyanın super-dövlət statusunu qoruyub saxladığını göstərdi.

interposta.info
xəbər verir ki, bu sözləri Axar.az-a Rusiya Prezidenti Vladimir Putinin Federal Şuranın iclasındakı çıxışını şərh edən millət vəkili, politoloq Rasim Musabəyov deyib. Deputatın sözlərinə görə, Rusiyanın yeni nüvə silahlarına malik olması ABŞ-la soyuq savaş ehtimalı anlamına gəlmir:

“Bunun üçün Rusiyanın nə idelogiyası, nə iqtisadi gücü, nə də müttəfiqləri var. Baxın, Amerikanın 60-dan çox müttəfiqi var. Rusiya isə əslində təkdir. Ona görə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan dövlətlər də son davranışına görə Rusiyaya dəstək vermirlər. Belarus, Qazaxıstan, hətta cılız Ermənistanın belə Rusiyaya dəstəyini görmürük”.

Rusiyanın təqdim etdiyi yeni silahlara gəlincə, millət vəkili qeyd edib ki, sözügüdən silahlar nəinki sınaqdan keçməyib, heç nümayiş olunmayıb:

“Ona görə də həmin silahların mövcudluğu və effektiv istifadə olunacağı ilə bağlı öncədən danışmaq hələ tezdir”.

Politoloqun sözlərinə görə, Rusiya prezidentinin əsas hədəfi prezident seçkilərində özünə dəstəyi artırmaq idi və Putin bu hədəfinə çatdı:

“O ki qaldı Putinin hərbi hədələrlə ABŞ, NATO və Avropa ölkələrini Rusiyanın nazı ilə oynamağa məcbur edəcəyinə, buna inanmıram”.

Qeyd edək ki, Vladimir Putin 1 martda Rusiyanın ən yeni və analoqu olmayan silahlarını təqdim edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26