Interposta.Info

Trampın Qətərlə bağlı mövqeyi İŞİD-ə qarşı mübarizəyə

Dünya
 11-06-2017, 07:30     432

Birləşmiş Ştatlar yenə də Qətərlə bir qrup ərəb ölkəsi arasındakı diplomatik münaqişəyə müdaxilə edib. Ən az altı ölkə, terroru maliyyələşdirdiyinə görə Qətərlə əlaqələrini kəsib. Amma Birləşmiş Ştatlar bu mübahisəyə daxil olsa, cox şey itirə bilər.

“Qətər, biz sizi yenidən məsuliyyətli ölklərin arasında görmək istəyirik”, deyə Donald Tramp deyib.

Prezident Donald Tramp kiçik Körfəz ölkəsi olan Qətəri “tarix boyu terroru maliyyələşdirməkdə günahlandırıb.

Amma Qətər ABŞ-ın strateji müttəfiqidir və orada yerləşən Udeid Hava Bazası ABŞ-ın Yaxın Şərqdə ən çox hərbi personalı olan bazasıdır.

“Orada İraq və Suriya üzərində bomba atan döyüş təyyarələrimiz var. Orada hədəfləri müəyyən edən və keçmiş hava hücumlarının nə dərəcədə müvəffəq olduğunu dəyərləndirən kəşfiyyatçı təyyarələrimiz var. Bizim Rusiya və ya Suriya təyyarələri ilə toqquşmamızın qarşısını alan, eləcə də İran və digər ölkələrə nəzarət edən komanda-nəzarət təyyarələrimiz var”, Brukinqs İnstitutundan Maykl O’Hanlon deyir.

Dövlət katibi Reks Tillerson Qətəri digər ölkələrin terroru maliyyələşdirdiyinə dair narahatlıqlarını nəzərə almağa, Qətəri blokadaya alanları isə buna son qoymağa çağırıb.

“Blokada ABŞ-ın regiondakı hərbi əməliyyatlarına və İŞİD-ə qarşı kampaniyasına ziyan vurur”, Tillerson deyib.

Tillersonun bu sözləri Pentaqonun regiondakı mübahisənin İslam-Dövləti əleyhinə aparılan əməliyyatlara təsir göstərmədiyini bildirən bəyanatına zidd idi.

Tillersonun çıxışından sonra Pentaqon yeni bəyanat yaydı. Yeni bəynatda bildirilir ki, əməliyyatlar dayadırılmasa da, oradakı vəziyyət ordunun uzunmüddətli planlar qurmağına əngəl olur.

Pentaqon ABŞ qoşunları və təyyarələrinin Qətərdən çıxmalı olduğu təqdirdə, bir neçə fövqəladə plan hazırladığını bildirib.

“Biz 2003-dəki kimi eyni vəziyyətdə deyilik. İndi artıq regionda 10 il öncə mövcud olmayan tərəflər var”, deyə Heritage Fondundan general-leytenant Tomas Spoehr bildirir.

Lakin təhlilçilər deyir ki, hətta ən yaxşı fövqəladə plan belə regiondakı terrora qarşı əməliyyatlara maneə törədəcək, çünki o qədər çox insanı və avadanlığı köçürtmək aylarla vaxt ala bilər ("Amerikanın səsi").

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26