Interposta.Info

Zaxarovanın Azərbaycan xiyarından xoşu gəldi -

Dünya
 27-05-2017, 07:05     441

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Azərbaycanın milli bayramı – Respublika Günü münasibəti ilə Moskvadakı səfirliyimizdə keçirilən tədbirdə iştirak edib.

interposta.info
Azvision.az-a istinadla xəbər verir ki, tədbirlə bağlı təəssüratlarını Feysbuk səhifəsində bölüşən Zaxarova Azərbaycan xiyarından xoşunun gəldiyini yazıb:

“Azərbaycanın Respublika Günü münasibəti ilə keçirilən tədbirdə iştirak etdim. On dəqiqəlik gəlmişdim, lakin bir saatdan sonra getdim. Səfir Polad Bülbüloğlu məni plov və digər nemətlərlə dolu masaya dəvət etdi. Tədbiri tərk edəndə özümlə xiyar və gilas götürdüm. Yeri gəlmişkən, Azərbaycan xiyarından yaxşısı yoxdur”.

interposta.info
Zaxarovanın Azərbaycan xiyarından xoşu gəldi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26