Beş ölkənin kralı Azərbaycan prezidentinə məktub ünvanlayıb

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, onun məktubunda deyilir:
“Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm”.
Azərbaycan dövlət başçısını 28 May-Respublika Günü münasibəti ilə həmçinin Niderland kralı Villem-Aleksandr, Norveç kralı - V Harald, Belçika kralı Filip və İsveç kralı Karl Qustav təbrik ediblər.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26