Səudiyyə kralı 1 aylıq məzuniyyətinə 100 milyon dollardan çox pul xərclədi

Səudiyyə Ərəbistanı kralı Salman məzuniyyətini Mərakeşdə keçirib və bu müddət ərzində təxminən 100 milyon dollar xərcləyib.
BAKU.WS-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, kral Salmanla birlikdə 1000 nəfərə yaxın adamı da istirahət edib.
Məlumata görə, kral Salman 1 aylıq məzuniyyəti zamanı xərclədiyi pulla Mərakeşin turizminə ayrılan büdcəsinin 1,5%-ni ödəyib.
O, Mərakeşdə olarkən 30 hektar ərazisi olan şəxsi sarayında dincəlib. Kralın 200-dən çox maşını icarəyə götürdüyü bildirilir.
1 aylıq istirahət nəticəsində kral Salmanın 100 milyon dollardan çox pul xərclədiyi qeyd olunur.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26