Interposta.Info

Rusiya gəmiləri Aralıq dənizində "savaş"a başladılar

Dünya
 26-05-2017, 20:59     776

Rusiyaya məxsus gəmilər Aralıq dənizində keçirilən təlim çərçivəsində qarşılıqlı "savaş oyunu" aparıblar.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Qara Dəniz Donanmasının sözçüsü Vyaçeslav Truhaçev bildirib.

Truhaçev qeyd edib ki, Rusiya donanmasına məxsus gəmilər Qara Dəniz Donanmasının komandir müavini Valeri Kulikovun rəhbərliyi altında planlı şəkildə taktiki təlimi davam etdirəcəklər:

"İlk fazalarda konvoy əməliyyatı dənizdən, havadan, digər gəmilərdən hücum və təxribatlardan müdafiə vəzifələri yerinə yetirildikdən sonra iki qrupda yer alan 5 ədəd savaş gəmisi qarşılıqlı olaraq münaqişə yaradıblar və gəmiləri radiasiya, kimyəvi və bioloji maddələrdən qoruma təlimi keçirilib".

Qeyd edək ki, Aralıq dənizdəki təlim 27 maya qədər davam edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26