ABŞ Türkiyənin tələbini

ABŞ PYD terror təşkilatının üzvləri ilə eyni masada əyləşən Bret Makqarka tam dəstək verir.
Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Dövlət Departamentinin rəsmi nümayəndəsi Nauert bildirib. ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makqarkın gördüyü işlərin təqdirəlaiq olduğunu söyləyən sözçü Ağ Evin də onu dəstəklədiyini söyləyib.
Qeyd edək ki, Bret Makqark Türkiyənin başına 4 milyon lirə mükafat qoyduğu PKK terrorçusu “Şahin Cilo” kod adlı Abdi Fərhad Şahinlə danışıqlar apararkən görüntülənmişdi. Ankara isə ABŞ-dan Bret Makqarkın PKK və YPG terror təşkilatına dəstək verdiyi üçün dəyişdirilməsini istəmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26