Interposta.Info

Türkiyə

Dünya
 1-05-2017, 15:26     565

Kürdüstan Azadlıq Şahinləri (TAK) terror təşkilatının liderlərindən olan Hacı Türmak yaxalanıb.

Türmak bir neçə ay əvvəl Şimali İraqda ələ keçirilib. “Doktor Aydın” ləqəbi ilə tanınan terrorçunu Türkiyə xüsusi təyinatlıları və peşmərgə birgə əməliyyat nəticəsində tutublar. Terrorçu İraq Kürd Muxtar Vilayəti və Türkiyənin ortaq qərarı ilə Türkiyəyə gətirilməyib. Peşmərgəyə aid həbsxanalardan birində saxlanılan Türmakın dindirilməsini Türkiyədən göndərilən xüsusi qrup həyata keçirib.

Qeyd edək ki, Hacı Türmak Türkiyə tərəfindən qırmızı bülletenlə axtarışa verilmişdi. Bəzi mənbələr Türkiyənin onun başına mükafat qoyduğunu bildirsələr də, bunun nə qədər səhih olduğu bilinmir. Türmak İstanbul, İzmir, Ankara və Diyarbəkirdə törədilən teraktların əsas təşkilatçısı olub.

TAK 2004-cü ildə PKK-dan ayrılıb. Bu təşkilat PKK-dan fərqli, daha sərt mübarizənin aparılmasının tərəfdarı olduğunu bildirib. Lakin nə qədər müstəqil olduğunu bildirsələr də, terror təşkilatı indiyə qədər PKK-nın təsir dairəsindədir.Axar.az

Terror təşkilatının daxili quruluşu və fəaliyyət sxemi barədə çox az məlumat mövcuddur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26