Interposta.Info

Türkiyə başına 1 milyon qoyduğu terrorçunu məhv etdi

Dünya
 4-07-2017, 07:36     584

Türkiyənin təhlükəsizlik qüvvələri başına 1 milyon lirə pul mükafatı qoyulmuş terrorçunu məhv edib.

Report xəbər verir ki, bununla bağlı əməliyyat Bingöl vilayətində keçirilib. Belə ki, təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş vermiş atışma zamanı 11 terrorçu məhv edilib. Öldürülənlər arasında Daxili İşlər Nazirliyi tərəfindən axtarılan və başına 1 milyon lirə pul mükafatı qoyulmuş "Asut Star" ləqəbli, S.C. adlı terrorçu da var.

O, ayrı-ayrı vaxtlarda jandarm qüvvələrinə qarşı terror hücumlarında və təhlükəsizlik qüvvələrinin əməkdaşlarının öldürülməsində iştirak edib. Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26